image-1backend

ABŞ Yaxın Şərqə qoşun göndərir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının Yaxın Şərqdəki məsuliyyət zonasına əlavə 300 hərbçi göndərmək qərarına gəlib. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder mətbuat konfransında bildirib.

Rayder qeyd edib ki, hərbçilər artıq bölgədə yerləşdirilmiş qoşunlara partlayıcı sursatların zərərsizləşdirilməsində, kommunikasiyaların saxlanmasında köməklik göstərəcək, həmçinin digər növ dəstəklər göstərəcək.

Oktyabrın 31-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ hazırda Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatlarda birbaşa iştirak etməyi planlaşdırmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki