image-reklam-veteninfo
image-1backend

ABŞ yenidən öz vətəndaşlarını Yaxın Şərqə səfər etməməyə çağırdı 

image-reklam-veteninfo

Bu gün ABŞ hökuməti Yaxın Şərqdə artan təhlükəsizlik riskləri fonunda öz vətəndaşlarına bölgəyə səfər etməməyi və ya səyahət planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edən yeni xəbərdarlıq yayıb.

Vətəninfo.az xəbər verir ki, bəyanatda qeyd olunur ki, hərbi əməliyyatların gözlənilmədən genişlənməsi, uçuşların ləğvi, hava məkanının müvəqqəti bağlanması və nəqliyyatda ciddi fasilələrin yaranması ehtimalı mövcuddur.

Qeyd olunub ki,  İran hökuməti və onun dəstəklədiyi qruplar tərəfindən ABŞ-nin diplomatik nümayəndəlikləri, eləcə də dünyanın müxtəlif ölkələrində Amerika vətəndaşları və maraqları ilə əlaqəli obyektlər potensial hədəf ola bilər.

Vətəndaşlara rəsmi təhlükəsizlik xəbərdarlıqlarını diqqətlə izləmələri və zəruri ehtiyat tədbirləri görmələri tövsiyə olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki