Abşeron rayonunda 55 yaşlı kişi bıçaqlanıb.
Veteninfo.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Əhmədov Fazil Nəriman oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin sol yuxarı hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.