image-elnur-abdullayevbackend

“Acı məğlubiyyətə uğrayan ermənilər hələ də tarixdən dərs çıxarmayıblar” – Elnur Allahverdiyev

image-reklam_sirab_01

“2020-ci ilin 44 günlük müharibəsində acı məğlubiyyətə uğrayan ermənilər hələ də tarixdən dərs çıxarmayıblar.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri millət vəkili Elnur Allahverdiyev səsləndirib.

Millət vəkili bildirib ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, talayan, viran qoyan Ermənistan hakimiyyəti sülh müqaviləsi bağlamaq istədiyini iddia etsə də, eyni zamanda erməni xalqının daha bir mücərrəd “soyqırımı” ətrafında həngamə oyadır – anti-türk və Azərbaycan-fob təbliğatını  davam etdirir.

“Sülh istəyən insanlar uşaqları kiçik yaşlardan düşmənçiliyə, qisasa necə sövq edə bilər? Sosial şəbəkədə yayımlanan görüntülərdən də aydın olur ki. erməni cəmiyyətində azyaşlı uşaqlara türk düşmənçiliyi təbliğ edilir. Körpəlikdən yeni nəslə türk düşmənçiyi aşılan, azyaşlı uşaqları  belə ruhda tərbiyə edib böyüdən dövlət və xalq sülhə hazıram deyərək nə qədər səmimidir?Bu onların hələ də ağıllanmadığını göstərir” -deyə Elnur Allahveriyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki