Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış daha bir oyun keçirilib.
Vətəninfo.az xəbər verir ki, “Adana Dəmirspor” doğma meydanda “Beşiktaş”la qarşılaşıb.
Altı qolluq matç Adana təmsilçisinin qələbəsiylə yekunlaşıb. “Adana Dəmirspor”un qapıçısı, Azərbaycan millisinin də üzvü olan Şahruddin Məhəmmədəliyev bu qarşılaşma meydana çıxmayıb.
“Adana Dəmirspor” bu qələbədən sonra 11 xalla 3-cü sırada qərarlaşıb. “Beşiktaş” isə 10 xalla 6-cıdır.
Türkiyə Super Liqası
3-cü turun oyunu
27 sentyabr
Adana Dəmirspor – Beşiktaş 4:2
Qollar: Belhanda, 8. Nyanq, 17. E.Akbaba, 59. Y.Erdoğan, 75 – Abubakar, 79. Raşiça, 90.