image-reklam-veteninfo
image-1748954002_adil99backend

Adil Əliyevdən qarayaxma kampaniyalarına sərt cavab: “Mənim cavabım gördüyüm işlər və dövlətimə olan sarsılmaz sədaqətimdir”

image-reklam-veteninfo

Son günlər bəzi şəxslər tərəfindən ünvanına səsləndirilən qərəzli fikirlər, yalan və böhtan xarakterli çıxışlarla bağlı Adil Əliyev rəsmi açıqlama yayıb.

Adil Əliyev qeyd edib ki, təhqiri və qarayaxmanı özlərinə fəaliyyət üsulu seçənlər, əslində, bununla öz daxili dünyalarını və səviyyələrini nümayiş etdirirlər. O, belə yanaşmaların yolverilməz olduğunu vurğulayaraq, insanın öz sözü, davranışı və əməlləri ilə dəyərləndirildiyini xatırladıb.

“Dövlətimə və Prezidentimizə sədaqətim sarsılmazdır”

Açıqlamasında milli-mənəvi dəyərlərə, dövlətçiliyə və qanunlara hər zaman hörmətlə yanaşdığını bildirən Adil Əliyev, bundan sonra da tutduğu mövqeyə sadiq qalacağını bəyan edib:

“Mən hər zaman ölkəmizin maraqlarını hər şeydən üstün tutmuşam. Dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu mövqeyimə sadiq qalacağam. Yalan və böhtan həqiqəti dəyişdirə bilməz.”

“Özümü həmin insanların səviyyəsinə endirmək niyyətində deyiləm”

Adil Əliyev təxribat xarakterli çağırışlara cavab verməyəcəyini, çünki təhqirlə cavab verməyi özünə yaraşdırmadığını bildirib.

O, cavabını polemikada deyil, gördüyü real işlərdə və tutduğu prinsipial dövlətçilik mövqeyində görür. Böhtan atanların səviyyəsinə enməməyi və öz ləyaqətini qorumağı prioritet hesab edir. Sonda vurğulanıb ki, cəmiyyətdə təxribat və nifaq yaratmağa çalışan bu cür qərəzli yanaşmaların heç bir əsası yoxdur və Adil Əliyev dövlətə xidmət yolunda fəaliyyətini əvvəlki əzmlə davam etdirəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki