image-999backend

Afinanın mərkəzində atışma nəticəsində iki nəfər ölüb

image-reklam_sirab_01

Vətəninfo.az  Yunanıstanın ERT-1 telekanalına istinadən xəbər verir  ki, Afinanın mərkəzində atışma nəticəsində azı iki nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə Afinanın Nea Smyrni meydanında yerləşən kafedə baş verib. Hücum edən şəxs tapança ilə alban əsilli şəxsi güllələyib. Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişən 35 yaşlı qadın və bir kişi də yaralanıb.

Yəqin ki, güllələnməyə səbəb kriminal qarşıdurma olub. Polisin məlumatına görə, öldürülən alban yerli cinayətlə bağlı olub. Digər ölən və yaralananlar isə kafeyə təsadüfi gələnlərdir.

Qətərdə keçirilən dünya çempionatının final matçını izləmək üçün yerli kafe və meyxanalara çoxlu sayda insanın gəldiyi Nea Smyrni meydanında atışmalardan sonra çaxnaşma yaranıb. Atıcı qaçıb. Polis hadisəni törədən şəxsi axtarmağa başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki