image-1668431030_3backend

Ağ Ev İrandakı saxta məhkəmələrin keçirilməsindən narahatdır

image-reklam_sirab_01

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Salivan İranda etirazçıların hələ də təqib edilməsinə reaksiya verib. Vətəninfo.az xəbər verir ki, Ağ Ev rəsmisi İran məhkəmələrinin saxta qərarlarından da danışıb.

“İrandakı kütləvi həbslər, saxta məhkəmələr və öz xalqının əsas ləyaqətini və azadlığını sistematik şəkildə inkar edən hökumətə qarşı qanuni tələblər irəli sürən etirazçılar barəsində çıxarılan ölüm hökmləri ilə bağlı gələn xəbərlərdən dərin narahatıq” ,- Ağ Ev rəsmisi bildirib.

O, İranda işgəncələr və edamlar haqda məlumatlar aldıqlarını, dünyanın İranı izlədiyini və Tehran hökuməti tərəfindən insan haqlarının pozulmasının cavabsız qalmamalı olduğunu deyib.

Salivan Birləşmiş Ştatların beynəlxalq müttəfiqləri ilə birgə bu təqiblərə görə İran rəsmilərini sanksiyalar və digər vasitələrlə məsuliyyətə cəlb etməyə davam edəcəyinə söz verib.

O deyib ki, Birləşmiş Ştatlar bazar ertəsi Aİ və Böyük Britaniyanın etirazçılara qarşı zorakılıq yolu ilə basqılarda əli olan İranın 29 şəxsi və üç qurumuna qarşı yeni sanksiyalarını alqışlayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki