Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen çərşənbə axşamı, 8 sentyabrda bildirib ki, Avropa Birliyi Ukraynaya əvvəllər verilmiş 90 milyard avroluq kreditin bir hissəsini Amerikanın Patriot hava hücumundan müdafiə sistemləri üçün raket tutucu qurğularının alınmasına sərf etməyə icazə verib.
Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, Kiyevin “Patriot” sistemləri üçün həyati əhəmiyyətli komponentlər alması üçün istisna edilib. Bu qərar Ukraynaya növbəti 3,2 milyard avroluq kredit tranşından “öz hava məkanının müdafiəsini Rusiya hücumlarından qorumaq” üçün istifadə etməyə imkan verəcək.
Aİ üzv dövlətləri müvafiq razılaşmanı sentyabrın 8-də əldə ediblər.


























