image-hulisibackend

Akar: Rusiyadan cavab gözləyirik

image-reklam_sirab_01

Rusiyanın taxıl dəhlizi sazişini dayandırdığını elan etməsindən sonra Ankaranın intensiv diplomatik təmasları davam edir.

Vətəninfo.az xəbər verir ki, görüşlər haqqında məlumat verən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə daha iki telefon danışığı etdiyini bildirib: “Şoyqu verdiyimiz məlumatlar çərçivəsində öz səlahiyyətli şəxsləri ilə görüşməyə davam edir. Bu gün, sabah onlardan cavab gözləyirik”,
Rusiya tərəfinin dəhlizdən istifadə ilə bağlı narahatlıqlarını Ukrayna səlahiyyətliləri ilə bölüşdüyünü qeyd edən Akar, “Bu razılaşmanın davam edəcəyi ilə bağlı mövcud məlumatları qiymətləndiririk” deyib. Akar əlavə edib ki, Türkiyə bayraqlı gəmilərin çıxışında problem yoxdur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki