image-simoniyanbackend

Alen Simonyan deyir ölən erməni əsgər analarının üzünə baxa bilmir

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki. Rusiya Federasiyasına rəsmi səfər edən Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın “RBK” telekanalına  müsahibə verib.

 

Alen Simonyan Rusiya-Ermənistan münasibətlərindən geniş danışdıqdan sonra,44 günlük müharibədən sonra,ölkədəki sosial və siyasi vəziyyətə toxunub. Alen Simonyan bildirib ki, hər gün əsirlər haqqında eşidəndə, yaxınlarının övladlarını, qardaşlarını və həyat yoldaşlarını gözlədiyi zaman  onlarla təmasda olmaq çox çətindir: “Türkiyə və Azərbaycan hər ay bir neçə kilometr aralıda bölgədə hərbi təlimlər keçirirsə bu çox çətindir”.Azərbaycan prezidenti ilə regional məsələlərə və mümkün təmaslara toxunan parlamet sədri bildirib. Bakıda Qənimətlər Parkında 44 günlük müharibə zamanı yandırılan və ya öldürülmüş erməni əsgərlərinin manekenlərinin nümayiş olunduğu bir şəraitdə iki xalqın dinc yanaşı yaşamasını təsəvvür etmək çox çətindir. Alen Simonyan Azərbaycanın qanunən Zəngəzur bölgəsində yerləşməsini həzm edə bilmədiyini də bildirib və güya  Azərbaycan əsgərləri Ermənistan ərazisində dayaıb: “Sərhədlər aydınlaşana qədər ordunu geri çəkməyi təklif etmişik, amma Azərbaycan tərəfi hələ bunu etməyib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki