image-defaultbackend

Alibaba Türkiyəyə 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır

image-reklam_sirab_01

Çinin e-ticarət şirkəti Alibaba Group Holding Ltd 1 milyard dollardan çox sərmayə ilə İstanbul hava limanında logistika mərkəzi və paytaxt Ankara yaxınlığında məlumat emalı mərkəzi qurmağı planlaşdırır, şirkətin prezidenti Maykl Evans deyib.

Vətəninfo.az “Sabah”a istinadən xəbər verir ki, şirkət Avropa, Yaxın və Uzaq Şərqə sərmayə qoymağı planlaşdırır və Türkiyəni çox güclü istehsal bazası hesab edir.

“İstanbul hava limanında ciddi investisiya proqramımız var. Avropaya, Orta və Uzaq Şərqə elektron ixrac proqramlarını buradan qiymətləndirə bilərik. Biz 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırırıq”, – Evans bildirib.

Türkiyənin ən məşhur e-ticarət platformalarından biri olan Trendyol, Alibaba tərəfindən dəstəklənir. “Trendyol-u seçməyimizin səbəbi texnologiyanın qabaqcıl olması və potensialının böyük olmasıdır. Biz buranı Avropa və Yaxın Şərq üçün bazaya çeviririk”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki