image-defaultbackend

Almaniya ABŞ-dan F-35 qırıcılarının alınmasına dair müqaviləni təsdiqlədi

image-reklam_sirab_01

Almaniya Bundestaqının Büdcə Komitəsi Almaniya və ABŞ arasında beşinci nəsil F-35 qırıcılarının alınmasına dair sazişi təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə  Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müqavilənin dəyəri 10 milyard avro dəyərində qiymətləndirilir. Qeyd olunur ki, Berlin Vaşinqtondan 35 döyüş təyyarəsi, həmçinin raketlər və digər silah və avadanlıqlar almağı planlaşdırır. İlk səkkiz F-35 təyyarəsinin 2026-cı ildə Almaniyaya təhvil verilməsi planlaşdırılır.

Amerika tərəfdən təyyarələrin alınması üzrə sövdələşmə Almaniyanın Almaniya silahlı qüvvələrinin xüsusi fondundan maliyyə alacağı ilk iri layihələrdən biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki