image-merkelbackend

Almaniya bu sözlərlə çalxalanır: Merkelin keçmiş müşaviri…

image-reklam_sirab_01

Ukrayna müharibəsi tam sürətlə davam edərkən, Almaniya, keçmiş kansler Merkelin müşavirinin sözlərindən sarsılıb.

Vətənini.az xəbər verir ki, ölkə mətbuatına danışan keçmiş məsləhətçi Kristof Hoysgenin etirafı qısa zamanda ölkədə bir nömrəli gündəm mövzusuna çevrildi.

“WELT am Sonntag” qəzetinə açıqlama verən Münhen Təhlükəsizlik Konfransının sədri Hoysgen 2005-2017-ci illər arasında məsləhətçi olduğu müddətdə qəbul edilən qərarların bəzilərinin səhv olduğunu bildirib.

Rusiyaya qarşı siyasətdə səhvlərə yol verildiyini etiraf edən keçmiş müşavir aşağıdakı ifadələrdən istifadə edib;

“Angela Merkelin dövründə imzalanmış “Şimal axını 2” layihəsi nəticəsində tamamlanan kəmərlə təbii qaz axmasa da, sonradan bunun səhv olduğunu gördük”.

Hoysgen, 2011-ci il martın 11-də Fukusima AES-də baş verən qəzadan sonra Merkel hökumətinin ölkədəki atom elektrik stansiyalarını mərhələli şəkildə bağlamaq qərarına gəldiyini və Moskva ilə “Şimal axını 2” təbii qaz kəməri layihəsini imzaladıqlarını bildirib.

“Rusiya təbii qazı ən sürətli və ucuz həll yolu idi. Həm SPD, həm də iqtisadi qurumlar və təşkilatlar bu layihəyə tam dəstək verdilər. Lakin sonradan anladıq ki, bu layihəni imzalamaq səhvdir”.

2017-2021-Ci illərdə Almaniyanın Birləşmiş Millətlər Təşkilatında (BMT) daimi nümayəndəsi vəzifəsini icra edən və keçən il Münhen Təhlükəsizlik Konfransına sədrlik edən Hoysgen Almaniyadan Ukraynaya “Leopard” tankları göndərməsini də istəyib.(publika)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki