image-image_750x_63bbdcc0dc9fabackend

Almaniya öz tanklarını Rusiya ilə döyüşə göndərir

image-reklam_sirab_01

“Almaniya İkinci Dünya Müharibəsinin başlamasından 82 il sonra yenidən Rusiyaya qarşı tanklarını göndərəcək”- Vətəninfo.az xəbər verir ki, bunu  World Socialist Web Site yazıb.

Məqalədə deyilir: “Almaniyanın Sovet İttifaqına qarşı məhvetmə müharibəsinə başlamasından 82 il sonra alman tankları yenidən Rusiyaya qarşı irəliləyir.

Berlin Rusiyaya qarşı müharibə aparır və bu, nüvə fəlakəti ilə nəticələnə bilər. Bu qorxular Almaniyanın Ukraynaya “Marder” döyüş zirehli texnikası və “Patriot” raket kompleksləri göndərmək niyyətində olması ilə bağlıdır.

Köşə yazarı qeyd edir ki, Almaniya Ukrayna münaqişəsindən Rusiyaya hücum etmək üçün bəhanə kimi istifadə edir. Onun sözlərinə görə, Berlin 20-ci əsrin ən böyük müharibəsində məğlubiyyətin qisasını almaqla yanaşı, imperiya ambisiyalarını reallaşdırmaq istəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki