image-image_750x_63c637096ff98backend

Almaniya Rusiyaya qarşı tribunal yaradır

image-reklam_sirab_01

Almaniyanın xarici işlər naziri Annalena Berbok “Rusiyanın Ukraynaya təcavüzü zamanı törədilən cinayətləri araşdırmaq üçün xüsusi tribunal” yaratmağa çağırıb.

Vətəninfo.az xəbər verir ki, Berbok bunu Beynəlxalq Cinayət Məhkəməsinin də fəaliyyət göstərdiyi Haaqa Beynəlxalq Hüquq Akademiyasında çıxışı zamanı deyib.

“O, Ukrayna cinayət məcəlləsinə əsaslanan məhkəməyə çevrilə bilər” deyən o, “beynəlxalq elementlərlə” təchiz oluna və Ukraynadan kənarda yerləşə bilər.

Almaniyanın baş diplomatı qeyd edib ki, bu tribunalın qərəzsizliyini və qanunauyğunluğunu təmin etmək məqsədilə “tərəfdaşların maliyyə dəstəyi ilə” müxtəlif ölkələrin prokurorları və hakimləri də əlavə olunmaqla yaradıla bilər.

Onun sözlərinə görə, Haaqadakı yeni xüsusi tribunal hüquqi normalardakı boşluqlara görə fəaliyyət göstərə bilmədiyi hallarda Beynəlxalq Cinayət Məhkəməsinə əlavə olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki