image-alman-1-696x438backend

Almaniyada 2000 qaçqın uşaq itkin düşüb

image-reklam_sirab_01

Almaniya hökuməti minlərlə qaçqın uşağın itkin düşməsi ilə bağlı faktı açıqlayıb.

Məlumata görə, Almaniyada itkin düşən qaçqın uşaqların sayı 2 000 nəfərdir və bu, son dövrlərin ən yüksək göstəricisidir.

Qeyd edilir ki, ölkədə itkin düşən qaçqın uşaqların sayı son 3 ilin ən yüksək səviyyəsinə çatıb. Almaniyanın Uşaqlara Yardım Fondu, Federal Kriminal Polis İdarəsinin yaydığı məlumatlara görə, ölkə ərazisinə müşayiətsiz gələn qaçqın 2 099 uşaq və yeniyetmədən xəbər yoxdur.

Ötən ilin əvvəlindən itkin düşənlərin sayı 10 faiz artıb. İtkin düşən qaçqın uşaq və yeniyetmələrin 95 faizi 14-17 yaşlarındadır. Onların 90 faizdən çoxu oğlandır.

Yerli rəsmilər bildiriblər ki, itkin düşmüş qaçqın uşaqların sayının artması transsərhəd, milli uşaq müdafiə sistemləri və əlaqədar qeydiyyat sistemləri təkmilləşdirilməsinin vacibliyini göstərir. Yalnız bu çatışmazlıqlar müəyyən edildikdə uşaqların itmələrinin səbəbləri daha yaxşı dəqiqləşə bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki