image-image_750x_6390466e5183abackend

Almaniyada dövlət çevrilişinin qarşısı alınıb

image-reklam_sirab_01

Almaniyada dövlət çevrilişinin qarşısı alınıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Nəşr yazır ki, alman polisi dövlət çevrilişinin qarşısını alıb.

Qəzetin yazdığına görə, bir qrup simpatizan Bundestaqı zəbt etmək istəyib.

Qeyd olunur ki, əməliyyat çərçivəsində radikallara məxsus 130 ev və ofisdə axtarışlar aparılır.

Bild əlavə edib ki, çevriliş hazırlamaqda şübhəli bilinən 25 nəfər artıq həbs edilib.

Almaniyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinərək həbs edilənlər arasında Rusiya vətəndaşı da var. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki