“Almaniyada fahişəliyə tam qadağa çağırışları və ölkənin seks turistlər üçün cəlbedici olmağa başlayan “Ümumavropa fahişəxanasına” çevrilməsi ilə bağlı xəbərdarlıqlar getdikcə daha çox eşidilir. Almaniya müxalifətinin mühafizəkar Xristian-Demokrat İttifaqı bəyan edib ki, 2002-ci ildə seks sənayesinin leqallaşdırılması uğursuz addım sayıla bilər.”- Vətəninfo.az xəbər verir ki, bu barədə The Times yazır.
Hesablamalara görə, hazırda Almaniyada 250 min insan fahişəliklə məşğuldur ki, onların da əksəriyyəti əcnəbilərdir. Onların heç bir sənədi yoxdur, insan alveri ilə məşğul olan dəstələrdən, dələduzlardan asılıdırlar. Xristian-Demokrat İttifaqı Almaniyada məhkəmələrin seksual xidmətlər alanları təqib etdiyi, fahişələrin isə mühakimə olunmadığı zaman Skandinaviya modelinin tətbiq olunmasını istəyir. Almaniya müxalifətinin təqdim etdiyi qanun layihəsinə görə, bütün ölkədə fahişəxanalar bağlanacaq, fahişələrə mənzil kirayə vermək qadağan olunacaq.
Bütün bunlar, əlbəttə ki, fahişəliyin kökünü kəsməyəcək, lakin həcmi azaldacaq. Bir çox alman eksperti hesab edir ki, bütün bunlar faydalı olmayacaq və artıq qeyd olunan Skandinaviya metodunun effektivliyi hətta İsveçdə belə onun tətbiq olunduğu 25 il ərzində heç vaxt qiymətləndirilməmiş və öyrənilməmişdir.


























