Vətəninfo.az xəbər verir ki, Almaniyada KFC fast-fud restoranlar şəbəkəsi tarixə “Kristallnacht” adı ilə düşmüş yəhudi qırğınlarının ildönümü münasibətilə reklam kampaniyası keçirib”, – “Algemeiner” qəzeti yazır.
“Kristallnacht Anma Günü. Özünüzü xırtıldayan toyuq ilə ən yumşaq pendirlə sevindirin”, mobil telefon müştərilərinə göndərilən məktubda deyilir.
Məqalədə izah edilir ki, şəbəkə daha sonra üzr istəyib və hadisəni texniki xəta adlandıran mesajlar göndərib. Lakin aksiya sosial şəbəkələrdə və yəhudi təşkilatlarının mənfi reaksiyasına səbəb ola bilib.
Anti-Diffamasiya Liqasının (ABŞ-da antisemitizmin istənilən təzahürü və yəhudilərə qarşı təhqirlərlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş təşkilat) Avropa işləri üzrə direktor müavini KFC-ni də tənqid edib.
“Kristallnacht, KFC ilə necə bu qədər əlaqəsiz ola bilərsən, ayıb olsun sənə” deyə yazıb.
1938-ci il noyabrın 9-na keçən gecə Kristallnacht kimi tanınan yəhudi qırğınları Almaniyanın hər yerində nasist döyüşçüləri və mülki şəxslərin iştirakı ilə baş verib.