image-6c38120cb824f06b96d118660f30853fbackend

Almaniyada terror törətməyə hazırlaşan iranlı belə ələ keçirildi- Şok detallar  

image-reklam_sirab_01

Almaniyanın şimal-qərbindəki Castrop-Rauxel bölgəsində səhər saatlarında terror aktına hazırlaşdıqları öyrənilən 32 yaşlı iranlı və başqa bir kişinin yaxalandığı açıqlanıb.

Almaniyanın tanınmış media qurumlarından biri olan “Welt” adı açıqlanmayan şəxsin evindən siyanür və risin adlı kimyəvi maddələrin tapıldığını və onlardan kimyəvi silah hazırlamaq üçün istifadə oluna biləcəyini açıqlayıb.

Alt paltarında, tələsik saxlanılaraq binadan çıxarılan şəxsin dindirilməsinin davam etdiyi bildirilib. “Təxmin edirik ki, saxlanılan şəxs dövlətə qarşı çox ciddi terror aktı hazırlayır”, – səlahiyyətlilər bildirib. Səlahiyyətlilər məlumatın xarici kəşfiyyat bölməsindən gəldiyini də bəyan ediblər.
Ən zəhərli bioloji maddə kimi tanınan risin hava ilə yayıla bilir və onun öldürücülük xüsusiyyəti çox yüksəkdir. Miqdarından asılı olaraq 32 ilə 72 saat arasında insanı öldürə bilər. Sianidin isə ən kiçik dozası belə insanları öldürür.Musavat.com

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki