Bu gün Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, İran Hörmüz boğazında minaların təmizlənməsi üçün mümkün Avropa dəniz əməliyyatının xərclərini qarşılamalıdır.
Vətəninfo.az xəbər verir ki, nazirin sözlərinə görə, dünya ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında çoxlu sayda mina yerləşdirilib və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələri həmin ərazinin minalardan təmizlənməsində iştirak etməyə hazırdır.
Vadeful hesab edir ki, belə bir əməliyyatın maliyyə yükünü Tehran daşımalıdır. Bununla belə, Almaniya hələlik Avropa ölkələrinin bu missiyada iştirakı müqabilində İrandan ödəniş tələb etmək barədə rəsmi qərar qəbul etməyib.


























