image-saakasvilibackend

Amerikalı həkim məhkəmədə təsdiq etdi: “Saakaşvilini zəhərləyiblər”

image-reklam_sirab_01

Tbilisi Şəhər Məhkəməsi azadlıqdan məhrum edilmiş, hazırda xəstəxanada olan sabiq prezident Mixail Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması barədə vəsatətə baxır. Sabiq prezident dekabrın 29-da keçirilən iclasa video vasitəsilə qoşulmaqdan imtina edib.

Prosesə video ilə bağlanıb çıxış edən amerikalı toksikoloq Devid Smit deyib ki, Mixail Saakaşvilini həbsdə ağır metalların təsirinə məruz qoyaraq zəhərləyiblər. Ekspert maddələrin sabiq prezidentin orqanizminə 2022-ci ilin mart ayında düşdüyünü və tədricən ağır zəhərlənməyə yol açdığını, mərkəzi sinir, mədə-bağırsaq sistemlərini, ürəyi, qaraciyəri zədələdiyini, başqa fəsadlar törətdiyini qeyd edib, məhbusun səhhətinin çox ağır olduğunu deyib.

Tbilisi Şəhər Məhkəməsində vəsatətə baxış dekabrın 22-də start götürüb. Mixail Saakaşvili həmin gün prosesə xəstəxanadan video vasitəsilə qoşulub, ancaq qısa müddət sonra onun halı pisləşib, həkimlərin müdaxiləsi lazım gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki