image-2022-10-03t092715z_1143329445_rc2fiw97tjh2_rtrmadp_3_nobel-prize-peace-factbox-pic_32ratio_900x600-900x600-4648-780x470backend

Amerikalı polkovnik Zelenskiyə qaçmağı tövsiyə edib

image-reklam_sirab_01

ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin yeganə xilası Polşaya qaçmaq olacaq.

Ulusal.az xəbər verir ki, O, bu barədə “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib.

“Zelenskinin heç bir ümidi yoxdur, ancaq bir müddətlik Polşaya qaça bilər,əks təqdirdə onun üçün vida mahnısı çalınacaq” , – Makqreqor bildirib.

Hərbçinin fikrincə, Rusiya ordusunun üstünlüyü Ukrayna Silahlı Qüvvələrinə qələbə şansı qoymayacaq.

O, həmçinin bildirib ki, Ukrayna qoşunları böyük itkilər verir, onların sayı çox sürətlə azalır. Bundan əlavə, keçmiş polkovnik Ukraynanın yanacaq və silah çatışmazlığı problemi ilə üzləşdiyini xatırladıb.

Bundan əvvəl Makqreqor “The American Conservative” jurnalı üçün yazdığı məqalədə Rusiyanın xüsusi hərbi əməliyyatının (SVO) növbəti mərhələsinin Ukrayna dövlətini məhv etmək təhlükəsi ilə üzləşdiyini yazmışdı.(publika)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki