image-000000backend

Anania Mahakyan: “Bizi yalnız möcüzə xilas edə bilər”

image-reklam_sirab_01

“Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir. Müzakirə olunan məsələlər isə Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxması, Sünik üzərindən nəqliyyat dəhlizinin açılması və Qarabağın statusu məsələsidir. Lakin Azərbaycan hər üç məsələdə inadla mübarizə aparır və erməni tərəfinin iddialarını qəbul etmir”. Vətəninfo.az xəbər verir ki, bu sözləri erməni mediasına erməni siyasətçi Anania Mahakyan deyib.

O iddia edib ki, bu məsələlərlə əlaqədar hazırda dünya Ermənistana təzyiqlər göstərir və İrəvandan ilin sonuna kimi sülh sazişi bağlamasını tələb edir. “Ermənistanın geri dönüşü addımları baş verməsə, prosesdən məğlubiyyətlə çıxacağımızı qaçılmazdır. Xüsusən də Ermənistan ərazisində yerləşmiş Azərbaycan Ordusunun oradan çıxarılması məsələsində. Bunun üçün də erməni xalqı hərəkət etməlidir. Qalan hər şey mənasızdır. Nəticədə, itkilərimiz daha da artacaq”.

Mahakyan bildirib ki, Ermənistan hökuməti ilin sonuna qədər sülh sazişi imzalamağa hazırdır. “Ermənistan artıq uduzduğunu qəbul etməyə başlayıb. Erməni müxalifətinin də əlində heç nə gəlmir. Azərbaycan isə bu prosesdən maksimum uduşla çıxacaq. İstədiklərinin hamısına nail olacaq. Bizim hazırda uğur qazanmağımız çətindir. Yalnız möcüzə baş verməlidir ki, nələrsə dəyişsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki