Vətəninfo.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” rəhbərliyi baş məşqçi Karlo Ançelotti ilə müqaviləni uzatmağı planlaşdırır.
64 yaşlı italyan futbol məşqçisi daha bir mövsüm “Real”a rəhbərlik etmənin əleyhinə deyil. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
“Real” rəhbərliyi və Ançelotti yeni müqaviləni yanvarın 10-na planlaşdırılan İspaniya Superkubokunun yarımfinalından əvvəl müzakirə edəcəklər.
İspaniya La Liqasının 18-ci turundan sonra cari turnir cədvəlinə 45 xalla “Real Madrid” başçılıq edir. İkinci yerdə qərarlaşan “Jirona”nın da eyni xalı var.