image-63e895269c8efbackend

Anın fotosu: dağıntılar altında ölən qızının əlini buraxmadı

image-reklam_sirab_01

Qızını zəlzələdə itirən ata deyir: “Qızım Allahın mələyidir, ölmədi… Sözlə ifadə edilməyəcək bir dərddir dünyadan köçmüş qızının əlini tutmaq”

Dağıntılar altında ölən qızının əlini buraxmadı. Həmin anın fotosu onu görən hər kəsin qəlbini riqqətə gətirdi və yaddaşlara həkk olundu.

Vətəninfo.az xəbər verir ki, Kahramanmaraşlı ata Məsut Hançer yaşadıqlarını Türkiyə Radio Televiziya Qurumu – TRT-yə danışdı.

O fotodan dünya silkələndi, bir atanın ən ümidsiz anı idi. Kahramanmaraşda dağıntılar altında ölən qızının əlindən tutan ata saatlarla gözlədi.

İrmak Leyla Hançer 15 yaşında idi. O, getdiyi nənəsinin evində zəlzələ qurbanı oldu. Geridə qırılan bir ata qaldı.

Qızını zəlzələdə itirən ata: “Bu ağrı sözlə ifadə olunmaz. Ana gedir, bir qolun sınır, ata gedir, o biri qolun qırılır, qardaş gedir, bacı-qardaşda yıxılırsan, amma övlad gedəndə ciyərin, ürəyin, canın – hamısı gedir. Övladını öz əllərinlə basdırmaq daha ağrılıdir”, – dedi.

Dərdli ata zəlzələdən bir neçə dəqiqə sonra qızının olduğu binaya gəlib. Dağıntılar altında sıxışıb-qalan qızını tapıb və səhər açılana qədər gözləyib. Ancaq qızı artıq dünyasını dəyişmişdi.

Qızını zəlzələdə itirən ata deyir: “Qızım Allahın mələyidir, ölmədi… Sözlə ifadə edilməyəcək bir dərddir dünyadan köçmüş qızının əlini tutmaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki