İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Antoni Braziliya yığmasından uzaqlaşdırılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə TNT Sports BR mılumat yayıb.
Futbolçunun keçmiş sevgilisi onu məişət zorakılığında ittiham edib. 23 yaşlı futbolçu ittihamları qəbul etməyib, tez-tez mübahisə etdiklərini, lakin heç vaxt fiziki zorakılığın olmadığını bildirib. Polis araşdırmaya başlayıb.
Antoni Braziliya “San Paulo”nun yetirməsidir. O, 2022-ci ildə Amsterdamın “Ayaks” klubundan “Mançester Yunayted”ə keçib. Mançester klubunda Antoni 48 matçda iştirak edib, 8 qol vurub, 3 məhsuldar ötürmə edib.
Braziliya yığması 2026-cı ilə hazırlaşır. dünya çempionatının seçmə turnirinin ilk oyunlarında. Braziliyalılar sentyabrın 9-da Boliviya ilə, sentyabrın 13-də Peru ilə qarşılaşacaqlar.