image-0backend

Antonio Quterreş:“Oruc mənə İslamın əsl üzünü göstərdi”

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş həmrəylik nümayiş etdirmək üçün qaçqın düşərgələrinə baş çəkdiyi zamanı oruc tutduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Ramazan ayında müsəlman ölkəyə səfər etməzdən əvvəl “UN News”a müsahibə verib.
Bu il Somaliyə səfər edəcəyinin bildirən Antonio Quterreş ölkənin əvvəl quraqlıq, sonra isə daşqınlar və illərdir davam edən qeyri-sabitlik ilə mübarizə apardığını xatırladıb.
Antonio Quterreş Ramazan ayında müsəlman ölkələrinə etdiyi səfərlərin bu ölkələrdəki müsəlman icmalarının əziyyətlərinə diqqət çəkmək məqsədi daşıdığını bildirib.

Müsəlmanların, xristianların və yəhudilərin müqəddəs günlərinin birlikdə qeyd edildiyi bu günlərdə “hamı sülh üçün birləşməlidir” deyən Antonio Quterreş bütün dünyada sülhə ehtiyac olduğunu bildirib.

Antonio Quterreş BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) vəzifəsini icra etdiyi dövrdə qaçqınları qəbul edən ölkələrin əsasən müsəlman icmaları olduğunu qeyd edib.

BMT-nin baş katibi 1951-ci ildə imzalanan Qaçqınlar Konvensiyasının Qurani-Kərimin mənəvi dəyərlərinə uyğun hazırlandığını söyləyib.

Antonio Quterreş həmrəylik nümayiş etdirmək üçün qaçqın düşərgələrinə baş çəkdiyi zamanı oruc tutduğunu ifadə edərək deyib:

“Oruc mənə İslamın əsl üzünü göstərdi. Qaçqınlara ev sahibliyi edən icmalarda şahidi olduğum sülh, həmrəylik və səxavət hissi, onların dözümlülüyü və cəsarəti məni son dərəcə ruhlandırdı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki