image-reklam-veteninfo
image-1backend

Aptekdən pul oğurlayan şəxs TUTULDU

image-reklam-veteninfo

Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs kassada olan pulu oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 21 yaşlı Murad Muradov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki