image-gggbackend

Araik Aruthunyan Qarabağa necə gəlib? -DETALLAR

image-reklam_sirab_01

Hələ dekabrın əvvəlində Qarabağdakı erməni separatçılarının rəhbəri Araik Aruthunyanın Fransada olduğu rəsmi olaraq təsdiqlənmişdi. Parisdən İrəvana qayıdan Arayikin, Laçın dəhlizi bağlı olmasına rəğmən, Xankəndidə keçirilən aksiyada peyda olması bir sıra suallara yol açıb.

Vətəninfo.az  bildirir ki,  böyük ehtimalla Araik Aruthunyan  rus sülhməramlılarının avtomobilində Xankəndinə gəlib.

Qeyd edək ki, Arayiklə birlikdə Parisə gedən David Babayan, Qeqam Stepanyan hal hazırda Gorusda yerləşiblər. Onlar heç bir şəkildə Qarabağa gedə bilmirlər. Həmçinin Artak Beqlaryan da İrəvandadır və o, müxtəlif aksiyalar keçirməklə məşğuldur.

Bəs, Araik Xankəndinə necə gəlib? Bildirək ki, Laçın dəhlizi Zabuxdan sonra iki yerə ayrılır. Yollardan biri əvvəlki marşrut üzrə Şuşanın Böyük və Kiçik Qaladərəsi kəndlərindən dolanaraq, Xankəndinə çıxır. Digəri isə lap köhnə yoldur və Zabuxu keçdikdən sonra dolayı yollarla, hələ sovet dövründə çəkilmiş, hazırda elə də çox istifadə olunmayan dağ yolundan ibarətdir.

Onu da qeyd edək ki, yolun həmin hissəsi 10 noyabr razılaşmasına əsasən rus sülhməramlılarının nəzarətindədir.

Ehtimallardan biri odur ki, rus sülhməramlıları Araik Aruthunyana məhz həmin köhnə dağ yolu ilə Xankəndinə giriş etməsinə yardımçı olublar. Çünki hazırkı yolla, yəni Daşaltıdan keçən hissədən Xankəndinə getmək demək olar ki, mümkünsüzdür. Ən azından oradakı aksiya iştirakçıları Harutyunyanı görəcəkləri təqdirdə, onun keçməsinə imkan verməyəcəklər. Eyni zamanda, bu ruslar üçün də kifayət qədər riskli məsələdir. Onların daha da nüfuzdan düşməsinə, habelə separatçılarla əməkdaşlıqlarını təsdiq edən fakta çevrilə bilər. Ona görə də, rusların belə bir marşrutla Arayiki Xankəndinə aparmaları inandırıcı görünmür.

Ekspertlər isə bildirir ki, əgər Azərbaycan Laçın dəhlizi üzərində nəzarət-buraxılış məntəqəsi və gömrük postu qoymaq fikrində olarlarsa, bunu birbaşa dəhlizin düz girəcəyində, Ermənistanın Teğ kəndi ilə sərhəddə quraşdırmalıdırlar. Bundan başqa, ikinci nəzarət məntəqəsi (gömrük postu bura aid deyil) isə Zabuxda təşkil edilməlidir. Çünki yolun həmin hissəsindən sonra Xankəndi, Xocalı və digər şəhərlərimizə çıxış üçün çoxlu sayda torpaq yollar var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki