image-arzuman-muradl__backend

Aralık Aruthunyan və Ruben Vardanyan Xankəndi-Bakı marşurutuna bilet almaqdan başqa çarələri yoxdu-Arzuman Muradlı 

image-reklam_sirab_01

“Qarabağda daxili siyasi həyat sakit deyil. Yaxın vaxtlarda kadr dəyişiklikləri olacaq. Aralık Aruthunyan və Ruben Vardanyanın vəzifədən uzaqlaşdırılması qaçılmazdır.” – Vətəninfo.az xəbər verir ki, bunu erməni nəşri “Hraparaq” yazıb.

Nəşr iddia edir ki, Rusiya Qarabağdan imtina edib.

“Artıq Rusiya Qarabağdan imtina edib. Rusiya Vardanyana Moskvada başa salıb ki, Qarabağda yaşayan ermənilər bu problemlərin həlli yolunu özləri tapsın. Qarabağda yaşayan ermənilər Azərbaycanla sülh danışığına hazırdır. Tezliklə Aruthunyan və Vardanyan uzaqlaşdırılacaq və danışıqlar başlayacaq. Bu danışıqlarda sözsüz ki, Vitali Balasanyan söz sahibi olacaq “.

Milli İnkişaf İctimai Birliyin sədri, iqtisadi-siyasi ekspert Arzuman Muradlı müxbirimizlə söhbətində bildirib ki, istər Aralık Aruthunyan istərsə də Ruben Vardanyan istənilən halda Azərbaycanın irəli sürdüyü şərtlərə tabe olmaqdan başqa çarələri yoxdu. Rusiya da gözəl anlayır ki, rəsmi Bakı 44 günlük müharibə ilə 30 ildi bölgənin inkişafına böyük bir əngəl olan problemi həll edib:

“ Baxmayaraq bu gün Qarabağda  Rusiya  sülhməramlı kontingent mövcuddur. Kremlin Qarabağda olan  1960 hərbiçisi  öz missiyasını başa vurduqdan sonra yaxın zamanda ərazidən çıxarılacaq.  Ona görə də bəribaşdan Rusiya tərəfi Araık Aruthunyan və Ruben Vardanyana Azərbaycanın təklif etdiyi şərtləri qəbul etmələrini tövsüyyə edə bilər”.

Arzuman Muradlının sözlərinə görə gec-tez Xankəndi üzərində Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq:

“ Bu gün Araık Aruthunyan və Ruben Vardanyanın Moskva-Tehran marşrutunda var-gər etmələri sadəcə olaraq özünüaldatmaqdan başqa nəyəsə yarayan deyil. Ən yaxşısı Araık Aruthunyan və Ruben Vardanyanın Xankəndi-Bakı marşrutuna bilet alıb,günahlarını qəbul edib, Azərbaycanın qanunlarına tabe olmalıdırlar”.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki