image-araikbackend

Araik Aruthunyandan SENSASİON ETİRAF:”Ümid yerimiz Azərbaycandır”

image-reklam_sirab_01

Qarabağda ermənilər arasında qalmaqal səngimir. Araik Aruthunyanla  Ruben Vardanyan arasında çəkişmə davam edir. Vətəninfo.az xəbər verir ki,  erməni nəşri “Hraparak”  yazdığına görə tərəflər arasında münasibətlər o qədər gərgindir ki, artıq bir-birlərinə xəbərdarlıqlar etməkdən də çəkinmirlər.

Erməni nəşri yazır ki,dünən isə Araik Aruthunyan  rus sülhməramlılarının müşayəti ilə İrəvana gəlib, orada da Rusiyaya gedib. “Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır. Araik təklif edəcək ki, Rusiya və Qarabağda yerləşən sülhməramlılar növbədənkənar seçkilərin keçirilməsinə təminat versinlər və ya onunla Ruben Vardanyan arasında seçim etsinlər. Çünki o, əmindir ki, Vardanyan dövlət naziri vəzifəsində olduğu müddətdə azərbaycanlılar yolu açmayacaqlar”.

Erməni mediası bildirir ki, Araik Aruthunyan artıq Azərbaycanla danışıqlara getməyə razıdır. “Araik Aruthunyan yaxın çevrəsinə bildirib ki, xilas yolu  yalnız Azərbaycanla danışıqlardan gedir. Araik bildirib ki, ümid yerləri yalnız Azərbaycandır” – nəşr yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki