image-media-777-yz7tcn48pumoevbihgqjbackend

Arayik Aruthunyan Vardanyan qarşısında diz çökür: “Komanda”sı istefaya GETDİ  

image-reklam_sirab_01

Qarabağdakı separatçıların rəhbəri Arayik Aruthunyan bu gün “komanda”sını istefaya göndərib. Vətəninfo.az xəbər verir ki, baş separatçı imzaladığı “fərman”da özünün yaxınlarını da işdən çıxarıb.

Belə ki, Mikayel Hayriyan “səhiyyə naziri” vəzifəsindən azad edilib. Onu “müavin”i Artur Ohancanyan müvəqqəti əvəz edib. Norayr Musayelyan da “kənd təsərrüfatı naziri” vəzifəsindən çıxarılıb. Səlahiyyətləri isə müvəqqəti olaraq “birinci müavin”i Tiqran Arstamyana həvalə edilib.

“Təhsil, elm, mədəniyyət və idman naziri” Anahit Akopyan (onu Hasmik Minasyan əvəz edib), “sosial inkişaf və miqrasiya naziri” Armine Petrosyan (Vahram Arakelyan əvəz edib), “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan (Vardan Beqlaryan əvəz edib), “ədliyyə naziri” Jirayr Mirzoyan,  “xarici işlər naziri” Davit Babayan, “şəhərsalma naziri” Aram Sarkisyan və “maliyyə və iqtisadiyyat naziri” Vahram Bağdasaryan da işdən çıxarılıb.

Erməni mediasının yazdığına görə, Arayik Aruthunyanın belə bir addım atması yeni “dövlət naziri” təyin edilmiş Ruben Vardanyanın tələbi ilə bağlıdır. Belə ki, Vardanyan Arayikin komandası ilə işləmək istəmədiyini və özünə komanda qurmağa hazırlaşdığını bildirib. Əvvəlcə tərəflər arasında narazılıq yaransa da, sonradan münasibətlər düzəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki