image-arutunyanbackend

Arayik Arutyunyan yenə sərsəmlədi: “Azərbaycanla istənilən inteqrasiya prosesi istisnadır”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, hazırda Azərbaycanın Rus sülhməramlı qüvvələrin nəzarətində olan Xankəndi şəhərində məskunlaşmış separatçı Arayik Arutyunyan  yenə sərsəm açıqlama verib.

Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində Milli Məclisin deputatı Ramin Məmmədov Xocalıda sülhməramlı qüvvələrin qərargahında keçirilən görüşdən saatlar sonra, “Bir daha qeyd etmək istəyirəm ki, bizə tətbiq olunan çətinliklərdən və müxtəlif təzyiqlərdən asılı olmayaraq, biz Artsax (qondarma rejim) hərəkatının ideyalarına sadiq qalacağıq və müstəqillik yolundan heç bir geri addım olmayacaq”-deyə açıqlama verən  Arayik Arutyunyan bildirib ki, o bütün məsuliyyətlə bəyan edir ki, Azərbaycanla istənilən inteqrasiya prosesi istisnadır: “Lakin bu o demək deyil ki, biz infrastruktur və humanitar xarakterli problemlərin həlli üçün təmaslardan qaçacağıq”.  Separatçı Arutyunyan vurğulayıb ki, münaqişənin həlli üzrə danışıqlar üçün müəyyən şərtlərin və beynəlxalq formatın təmin edilməsi lazımdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki