“Barselona” “Mançester Siti”dən İlkay Gündoğanın transferi ilə bağlı razılığa gəlib.
Jurnalist Xose Alvares Qayanın məlumatına görə, Kataloniya klubu 32 yaşlı yarımmüdafiəçi ilə “Mançester Siti”də müqaviləsi başa çatdıqdan sonra yayda onu transfer edəcəyi barədə razılaşıb.
“Barsa” artıq İlkay ilə ilkin müqavilə imzalayıb.
Yarımmüdafiəçi hesab edir ki, onun “Mançester Siti”dəki dövrü başa çatıb.
Gündoğan 2016-cı ildən “şəhərlilər”in heyətində çıxış edir. “Mançester Siti”nin kapitanı bu mövsüm bütün turnirlərdə 25 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.