image-veteninfobackend

Arif Hacılı və Əli Kərimli bəyanat verdi-ŞUŞA BƏYANNAMƏSİ İLƏ BAĞLI

image-reklam_sirab_01

 Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanması Azərbaycanın iki Ana müxalifət partiyası lideri tərəfindən də təqdirlə qarşılanıb.

Veteninfo.az xəbər verir ki,  Müsavat və Azərbaycan Xalq Cəbhəsi (AXCP) partiyaları  liderləri Arif Hacılı və Əli Kərimli bəyanatla çıxış edərək imzalanan müttəfiqlik bəyanaaməsini tarixi və əhəmiyyətli,iki qardaş ölkə arasına yeni mərhələnin başlanığıcı hesab ediblər. Müsavat Partiyasının başqanı Arif Hacılının bəyanatında “Türkiyə və Azərbaycanın “üçüncü ölkədən təhlükə olarsa” bir-birini qoruması barədə Şuşa Bəyannaməsi, Şuşada Türkiyə baş konsulluğunun açılması qərarı, iki ölkə arasında imzalanan digər razılaşmalar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm siyasi iradəyə əsaslanan yeni mərhələsidir.
Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun!”.-deyilirsə, AXCP sədri Əli Kərimlinin bəyanatında isə qeyd edilir ki, Azərbaycan-Türkiyə hərbi ittifaqı nəhayət, rəsmiləşdi : “Biz hər zaman belə bir ittifaqı zəruri saymışıq. Şuşa Bəyannaməsinə görə: “Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə… Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.Millətimiz üçün xeyirli-uğurlu olsun!”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki