image-64ba73b69e19ebackend

Artıq bütün muzdlu qruplar Rusiya bayrağı önündə beyət edəcək

image-reklam_sirab_01

Avqustun 23-də “Vaqner” Rusiya muzdluları hərbi qrupunun başçısı Yevgeni Priqojin təyyarə qəzasında həlak olduqdan sonra Rusiya prezidenti Vladimir Putin maraqlı addım atıb.

Vətəninfo.az xəbər verir ki, Putin Rusiya ordusu adından fəaliyyət göstərən bütün muzdlu qrupların Rusiya bayrağı önündə beyət etmələrini tələb edən fərman imzalayıb.

Putinin imzasından sonra rəsmi Kremldən verilən və avqustun 25-də qüvvəyə minən fərmanda yazılır: “Bu, Rusiyanın müdafiəsinin mənəvi-əxlaqi əsaslarının yaradılmasına yönəlik bir qərardır. Bütün muzdlu qruplar Rusiya bayrağı önündə sədaqət andı içməlidir. And içənlər komandirlərin və yüksək rütbəli hərbçilərin əmrlərini dəqiqliklə yerinə yetirəcəklər”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki