“Laçın buraxılış nəzarət məntəqəsinin funkusyisaı bundan ibarətdir. Azərbaycan qanunları pozan, cinayət törətmiş ermənilərin tutulması üçün Azərbaycan tərəfi bu prosesləri həyata keçirdir. Vaqif Xaçaturyanın həbsi də bu işlərin tərkib hissəsi idi. Çünki Vaqif Xaçaturyan Azərbaycan vətəndaşlarının soyqırımını həyata keçirib və onun həbsi lazım idi”- Bu fikirləri millət vəkili Cavanşir Feyziyev Media Türk televiziyasının efirində bildirib.
Millət vəkili bildirib ki, artıq Qarabağ erməniləri də anlayırlar ki, heç bir cinayət cəzasız qalmır.
“Qarabağ ərazisində yaşayan cinayət törətmiş bütün ermənilər həbs ediləcək. Araik Aruthunyan da saxlanılaraq məhkəmə qarşısına çıxarılacaq”- deyə millət vəki Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: