image-333705488_755689225833282_3263117987029494933_nbackend

Arzuman Muradlı: “Nəyin nə zaman ediləcəyin Cənab prezident hərkəsdən yaxşı bilir”

image-reklam_sirab_01

Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanda QH-nın Təmas Qrupu çərçivəsində Zirvə Görüşü bu gündən ehtibarən martın 3-dək davam edəcək. Belə möhtəbər tədbirin keçirilməsi ilə yanaşı ölkə gündəminə yeni bir məlumat öz damğasını vurmuş oldu. Belə ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində Xankəndində görüş keçirib.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Vətəninfo.az-a bununla bağlı danışan “Milli İnkişaf” İB-nin sədri,eyni zamanda siyasi ekspert Arzuman Muradlı bildirib ki, Azərbaycan hər zaman bölgədə sülhün və sabitliyin olması tərəfdarı olub. Bu səbəbdən də 30 il müddətində müharibə yolu ilə mövcud problemin həllini istəmirdi: “ Ona görə də son 30 ildə Qarabağ bölgəsi həm iqtisadi inkişafdan kənarda qaldı,eyni zamanda bu ərazilərimiz işğal nəticəsində ölkəmizin bir hissəsi mərkəzin yurisdiksiyasından kənarda idi. Artıq bilidiyi kimi 2020-ci ildə 44 günlük 2-ci Qarabağ Vətən müharibəsi ilə əldə olunan zəfərlə bu ərazilərimiz işğaldan azad edildi. Belə olduqda təbiidir ki, Azərbaycanın bu bölgəsi hər hasnsı bir maniələr olmadan dövlətin yurisdiksiyasına qayıtsın”. Arzuman Muradlının sözlərinə görə, Xankəndində baş tutan görüş keçiriləcək görüşlərin tərkib hissəsindən biridir: “Bundan sonra biz bu istiqamətdə müxtəlif görüşlərin şahidi olacağıq. Artıq Xankəndində yaşayan ermənilər də dərk edirlər ki, onların nicat yolu,iqtisadi inkişaf və sabitlik içərisində yaşamaları yalnız Azərbaycanla bağlı ola bilər. Bnurda da əsas məsələ bu ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri,Azərbaycan qanunlarına tabe olmalarıdı. Bnu olacasa. Onlar da digər ölkə vətəndaşlarının sahib olduqları hquqlara sahib olacaqlar. Bu prosesi alqışlamaq lazımdı. “Nəyin nə zaman ediləcəyin Cənab prezident hərkəsdən yaxşı bilir” dedikdə biz hər zaman bu nüansı nəzərdə tuturduq”.

Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki