image-reklam-veteninfo
image-1677060887_arzuman-teze-1-2backend

Arzuman Muradlı: “Xəzərin dibi ilə çəkilən kabel türk dünyasının rəqəmsal müstəqilliyidir”

image-reklam-veteninfo

Azərbaycan və Qazaxıstan rəqəmsal inkişaf və telekommunikasiya sahəsində strateji əhəmiyyət daşıyan irimiqyaslı layihənin icrasına başlayıblar. Xəzər dənizinin dibi ilə çəkiləcək təxminən 390 kilometr uzunluğundakı ilk sualtı fiber-optik kabel xətti iki qardaş ölkəni bir-birinə bağlamaqla yanaşı, Avrasiya məkanında rəqəmsal xəritəni kökündən dəyişəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb. Layihənin əsas texniki və strateji göstəriciləri bunlardır:
Qeyd edək ki, xəttin buraxılış gücü saniyədə 400 Terabitə (400 Tbit/s) çatacaq ki, bu da regionda misli görünməmiş məlumat ötürmə sürəti deməkdir. Yeni fiber-optik xətt Avropa ilə Asiya arasında üçüncü tərəflərdən asılı olmayan, tamamilə təhlükəsiz və müstəqil rəqəmsal dəhliz formalaşdıracaq.

Siyasi şərhçi Arzuman Miradlı Xəzər dənizinin dibi ilə çəkiləcək təxminən 390 kilometr uzunluğundakı ilk sualtı fiber-optik kabel xətti ilə bağlı bu tarixi hadisəni şərh edəb zaman Vətəninfo.az-a bildirib ki, Xəzərin dibi ilə çəkilən bu kabel sadəcə texniki layihə deyil, geosiyasi məna kəsb edən qlobal strateji addımdır:”Azərbaycan və Qazaxıstanın rəhbərliyi altında həyata keçirilən bu layihə türk dünyasının rəqəmsal müstəqilliyinin təmin olunmasında dönüş nöqtəsidir. Onilliklər ərzində Mərkəzi Asiya ölkələrinin internet və kommunikasiya xətləri əsasən Rusiya üzərindən keçirdi ki, bu da müəyyən geosiyasi asılılıqlar yaradırdı. Xəzərin dibi ilə çəkilən 390 kilometrlik bu nəhəng fiber-optik kabel Şərqlə Qərb arasında yeni, etibarlı və alternativ rəqəmsal damardır. Bu, ‘Rusiya internet məkanından’ və ya digər kənar təsirlərdən asılılığın aradan qaldırılması, türk dövlətlərinin öz qapalı və təhlükəsiz informasiya ekosistemini qurması deməkdir. 400 Tbit/s ötürmə qabiliyyəti isə Azərbaycanı və Qazaxıstanı qitələrarası məlumat tranzitinin əsas mərkəzinə çevirəcək. Bu, həm də türk dünyasının rəqəmsal inteqrasiyasının real təzahürüdür”.
Ekspert hesab edir ki, Zəngəzur dəhlizinin açılması perspektivində bu rəqəmsal xəttin Naxçıvan və Türkiyə üzərindən Avropaya qoşulması Türk Dövlətləri Təşkilatının informasiya təhlükəsizliyini və qlobal iqtisadiyyatdakı rolunu maksimum səviyyəyə qaldıracaq.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki