image-reklam-veteninfo
image-nikol-konus-jpgbackend

Arzuman Muradlıdan sülh müqaviləsi ilə bağlı önəmli proqnoz: İrəvanı hansı senarilər gözləyir?

image-reklam-veteninfo

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində əsas maneələrdən biri kimi qalan Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi hələ də gündəliyin mərkəzindədir. Rəsmi Bakının israrlı və prinsipial mövqeyi fonunda İrəvanın atacağı addımlar regional təhlükəsizliyin taleyini müəyyən edəcək.

Siyasi şərhçi Arzuman Muradlı Vətəninfo.az-a açıqlamasında qeyd edib ki,Nikol Paşinyan hazırda Ermənistan daxili siyasətində ciddi bir dilemmatla üz-üzədir. Bir tərəfdən, Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan və regional sülhün təməli olan «Konstitusiya dəyişikliyi»tələbi var. Digər tərəfdən isə, Ermənistanın daxilindəki revanşist qüvvələrin və radikal kəsimin bu addımı «milli maraqlara xəyanət» kimi qələmə vermək cəhdləri mövcuddur.

image-arzuman_muradli-yeni_foto_-2

Siyasi ekspert qeyd edib ki, Paşinyanın bu məsələni necə həll edəcəyi ilə bağlı bir neçə ssenari mümkündür ki,  və Paşinyan məsuliyyəti öz üzərindən atmaq üçün məsələni referendum səviyyəsinə qaldıra bilər: “Bu, həm də beynəlxalq ictimaiyyətə «xalqın iradəsi” arqumentini təqdim etməyə imkan verər. Lakin bu riskli addımdır, çünki cəmiyyətdəki kövrək balansın pozulması daxili qarşıdurmaya yol aça bilər. İkincisi isə İrəvan daha əvvəlki təcrübələrdən istifadə edərək, birbaşa mətn dəyişikliyi etmədən, Konstitusiya Məhkəməsinin qərarı ilə sənədin Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair hüquqi şərh verməyə çalışa bilər. Lakin Azərbaycan tərəfi üçün bu, formal bir addım olacaq və problemin kökünü həll etməyəcək. Üçüncüsi isə Paşinuanın özündən əvvəlki erməni siyasətçilərin davamlı istifadə etdiyi vaxtın uzadılması taktikasıdır.  Paşinyan müxtəlif bəhanələrlə (daxili siyasi gərginlik, iqtisadi çətinliklər) prosesi mümkün qədər gecikdirməyə çalışacaq. Lakin rəsmi Bakının qətiyyəti və sülh müqaviləsinin imzalanması üçün konstitusion təmizliyin vacibliyi bu taktikaya imkan vermir». Arzuman Muradlı qeyd edib ki, Paşinyan anlamalıdır ki, Ermənistanın gələcək dövlətçilik perspektivi Azərbaycanın şərtlərini yerinə yetirməkdən keçir. Əgər İrəvan regionda yeni və dayanıqlı bir dövr başlamaq istəyirsə, konstitusiyadakı ərazi iddialarını özündə ehtiva edən müddəalardan imtina etmək artıq seçim deyil, bir zərurətdir. Paşinyanın bu addımı atmaması, sülh müqaviləsinin imzalanmasını qeyri-mümkün edəcək və Ermənistanı regional təcrid vəziyyətində saxlayacaq”.

 

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki