image-02490000-0aff-0242-d2ee-08daef62a006_w408_r1_sbackend

“Atəşi dayandırmağın ən yaxşı yolu rus qoşunlarını geri çəkməkdir” – Zelenski 

image-reklam_sirab_01

Ukrayna prezidenti Volodmir Zelenski və komandasının üzvləri Rusiya lideri Vladimir Putinin Milad atəşi təklifini rədd edərək, Putinin atəşkəsinin ikiüzlü olduğunu və nəfəs almaq cəhdi olduğunu deyib. Vətəninfo.az xəbər verir ki,  Zelenski gecə videomüraciətinin ikinci yarısını Putinin bəyanatına həsr edib və həmin hissədə Rusiya vətəndaşlarına mesaj şəklində rus dilində danışıb.

Ukrayna prezidenti xatırladıb ki, Ukrayna artıq öz “sülh formulu”nu təklif edib, lakin onun əsas elementi rus işğalçılarının geri çəkilməsidir.

“Rusiya işğalçı qoşunlarının ölkəmizin ərazisindən çıxarılması yanğını, insan tələfatını və ümumilikdə müharibəni dayandırmaq üçün zəmanətli və etibarlı yoldur”, – deyə Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki