image-rian_6740048-hr-pic_32ratio_1200x800-1200x800-22705backend

ATƏT “zəhərli məkana” çevrilib, elə əngəllər yaradılır ki… – Rusiyadan ŞOK

image-reklam_sirab_01

Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson Polşanın ATƏT-in sədri olduğu üçün bu təşkilatı hesablaşmaq məqsədilə “toksik məkana” çevirdiyi qənaətindədir.

O, bu barədə TASS-a müsahibəsində bildirib.

Diplomat hesab edir ki, Polşa hakimiyyəti ATƏT-i “öz eqoist maraqlarına tabe etdirməyə”, təşkilatdan “qarşıdurmanı qızışdırmaq üçün alət” kimi istifadə etməyə çalışıb. Pilipson bunun yolverilməz olduğunu vurğulayıb və qeyd edib ki, platforma qarşılıqlı etimadın aradan qaldırılmasına və Avro-Atlantik regionda təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə yardım edə bilər.

Onun sözlərinə görə, indi ATƏT “diplomatik etika qaydalarının və normalarının pozulduğu, Rusiya və Belarus diplomatlarının maneələrə məruz qaldığı” məkana çevrilib.

Pilipson əlavə edib ki, Varşava ATƏT-ə sədrliyin nə qədər qəbuledilməz olduğunu nümayiş etdirib.

Gələn ildən ATƏT-ə sədrlik Şimali Makedoniyaya keçəcəyi üçün o, bu ölkəni öz işini 2002-ci ildə Portoda Nazirlər Şurasının qəbul etdiyi qərarlara ciddi şəkildə uyğun qurmağa çağırıb.Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki