Avropa İttifaqı Ermənistana ümumi dəyəri 23 milyon avro olan qrant verəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qrant Ermənistana “Ermənistan üçün Avropa İttifaqı davamlılıq aləti” adı altında verilir.
Verilən qrant Azərbaycanla sərhəd bölgədə yaşayan əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün xərclənəcək.