Avropa İttifaqının (Aİ) Avropa Komissiyası Ermənistana humanitar yardımın həcmini təxminən 1,7 milyon avro ilə artırır. Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyası bildirib .
Böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç deyib: “. Qış yaxınlaşdıqca Ermənistanda insanlar əlavə çətinliklərlə üzləşəcəklər. Aİ qışa hazırlaşmaq üçün humanitar maliyyələşdirməni artırır. Biz ən həssas qruplara yardım göstərmək üçün yerdəki humanitar tərəfdaşlarımızla birlikdə işləməyə davam edirik”.


























