image-63d3db03e0865backend

Avropa İttifaqı Türkiyə və Suriya üçün donor konfransı təşkil edəcәyini açıqlayıb

image-reklam_sirab_01

Avropa İttifaqı administrasiyası martın əvvəlində Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya dәstәk məqsədilə donor konfransı təşkil edəcәyini açıqlayıb.

Aİ Komissiyasından verilən açıqlamada Komissiya sədri Ursula von der Leyen və Aİ-nin müddətli prezidenti İsveçin Baş naziri Ulf Kristerssonun Türkiyə səlahiyyətlilərinin koordinasiyası ilə belə bir konfrans təşkil etmək istədikləri bildirilib.

Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı bildirilib.

Bildirilib ki, yüksək səviyyəli konfrans Aİ ölkələri ilə yanaşı, qonşu ölkələr, BMT üzvləri, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.

Konfransa Aİ Komissiyasının məsul üzvü Oliver Varheli ilə İsveçin Beynəlxalq İnkişaf, Əməkdaşlıq və Xarici Ticarət naziri Yohan Forssel sədrlik edəcək.

Açıqlamada Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenin fikirlərinə yer verilib.

Ursula fon der Leyen deyib: “Türk xalqına və Suriya xalqına Avropa İttifaqının onları dəstəkləyəcəyini ifadə etmək istəyirəm. Belə bir faciə qarşısında heç kim tək qalmamalıdır” .

İsveçin Baş naziri Ulf Kristersson isə “Zəlzələnin nəticəsi dəhşətvericidir” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki