image-image_750x_63f45d107f4bfbackend

Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

image-reklam_sirab_01

Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

Vətəninfo.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xosep Borrell Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra dərc olunan bəyanatında bildirib.

“Şəxsi təhlükəsizliyə ciddi təhlükə olduğuna görə Aİ ölkələri öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edir”, mətndə deyilir.
Sənəddə deyilir ki, Avropa İttifaqı “Aİ vətəndaşlarının və Aİ ölkələrindən ikili İran vətəndaşlığı olan şəxslərin əsassız olaraq həbs edilməsi praktikasını tamamilə rədd edir”.

Bundan əvvəl, fevralın 20-də Aİ Şurası ölkədə davam edən insan haqları pozuntularına görə İrana qarşı yeni sanksiyalar tətbiq edərək, daha 32 fiziki şəxs və iki qurumu qara siyahıya salıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki