image-image_750x_63ed117857284backend

Avropa İttifaqıdan Gürcüstana tələb: Saakaşvilini azad edin

image-reklam_sirab_01

Çərşənbə günü, fevralın 15-də Avropa Parlamenti Gürcüstan hakimiyyətini Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini azad etməyə və onun xaricdə müalicə almasına icazə verməyə çağıran qətnamə qəbul edib.

Vətəninfo.az xəbər verir ki, qətnamənin lehinə 577 deputat, əleyhinə 33 deputat səs verib, 26 deputat bitərəf qalıb. Bu barədə AŞ-nin saytında dərc olunan məlumatda deyilir.

Avropa Parlamentinin deputatları deyirlər ki, “keçmiş prezidentin səhhətinin yaxşılaşdırılmasında ardıcıl uğursuzluqlar” Gürcüstanın Aİ-yə namizədlik perspektivlərini ləngidir və ölkənin keçmiş prezident kimi məhbuslara münasibəti onun Avropa dəyərlərinə sadiqliyinə lakmus sınağıdır.

“Kəskin arıqlaması və onun həbsdə olarkən zəhərlənə biləcəyi ilə bağlı fərziyyələri nəzərə alaraq, Avropa Parlamenti deputatları Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırıb”, – Avropa Parlamenti vurğulayıb.

Qətnamədə Gürcüstanın hakim partiyasının qurucusu milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tələb olunur.

Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Aİ sammitinin yekunu üzrə mətbuat konfransında Polşanın Saakaşvilinin müalicəsini onun yerində təşkil etməyi təklif etdiyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki