Avropa İttifaqının (Aİ) komissarı Oliver Varhelyi və Aİ Şurasının sədri, İsveç adından beynəlxalq inkişaf əməkdaşlığı və xarici ticarət naziri Yohan Forssel Türkiyədə səfərdədirlər.
Xarici İşlər Nazirliyinin mövzuya dair açıqlamasında deyilib:
“Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi və beynəlxalq inkişaf əməkdaşlığı və xarici ticarət naziri, ölkəmizdə yaşanan zəlzələlərdən sonra Aİ-nin namizəd ölkə Türkiyə ilə həmrəylini nümayiş etdirmək, dəstəyini və başsağlığı diləklərini çatdırmaq məqsədilə fevralın 21-22-də ölkəmizdə səfərdə olacaqlar.
Komissar Varhelyi və nazir Forssell Ankarada nazirimiz (Mövlud Çavuşoğlu) ilə görüş keçirərək Aİ-nin zəlzələ bölgəsinə əlavə yardımını və mart ayında keçirilməsi planlaşdırılan beynəlxalq konfransın təşkilini müzakirə edəcəklər”.